Cümhuriyyət Qurucularından biri də bu gün doğum günü olan mərhum Əbdülhəmid bəy Qaytabaşıdır

10-07-2020, 11:15           
Cümhuriyyət Qurucularından biri də bu gün doğum günü olan mərhum Əbdülhəmid bəy Qaytabaşıdır
Teref.az yazır ki, 15 noyabr 1918-ci il, Tiflis şəhəri. Yenicə yaranan Müsəlman korpusunun komandanı, general-leytenant Əliağa Şıxlinskinin əmri: "Polkovnik Əbdülhəmid bəy Qaytabaşı Müsəlman Korpusunun Qərargah rəisi təyin edilsin!"
Bu bizik?!
O qarışıq illərdə azadlıq və istiqlaliyyət uğrunda çalışanları zaman özü yetişdirib və təltif etmişdi. Onların cəngavərliyi anadan gəlmə qanuni bir hal olub. Dövr isə onları yetişdirəndə yaşa yox, başa və bacarığa qiymət verib.

Belə qəhrəman Cümhuriyyət Qurucularından biri də bu gün doğum günü olan Əbdülhəmid bəy Qaytabaşıdır
Bir günün içərisində düz 12 generalın güllələnməsi o vaxtlar Bakı Fövqəladə Komitəsi kimi tanınan indiki Yusif Məmmədəliyev 14 ünvanında yerləşən binanın zirzəmisində həyata keçirilib. Onlar kimlər idi? Əbdülhəmid bəy Qaytabaşı, Haşım bəy Vəzirov, Firudin bəy Vəzirov, Qacar qardaşları, Məmməd Bəy Sulkeviç və başqaları. Az keçmiş, onlar heç bir sorğu-sual olunmadan güllələnir. Bu cinayət uzun illər, sovetlər dağılanadək Azərbaycan xalqından gizlədilmiş Arxivdə "Tamamilə məxfidir" qrifi ilə saxlanılıb Bu insanlardan biri də Qaytabaşı idi...O, hətda M.Ə.Rəsulzadənin sədrliyi ilə İstanbula gedən nümayəndə heyətində də yer alıb.
Allah Rəhmət Eləsin...
Baba Allahnezerov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.