İnternetlə bağlı yaxın aylar üzrə yeniliklər nədən ibarət olacaq? - Rəsmi AÇIQLAMA

14-07-2020, 12:17           
İnternetlə bağlı yaxın aylar üzrə yeniliklər nədən ibarət olacaq? - Rəsmi AÇIQLAMA
Azərbaycanda mart ayının sonundan etibarən tətbiq olunan karantin rejimi zamanı internet istifadəçilərinin sayı artıb. Evdə qalan əhalinin internetdən daha çox istifadəsi tendensiyası ilə yanaşı, elektor ticarət, evdən işləmək və ən əsası onlayn təhsil internetə tələbatı yüksəldib. Nəzərə almaq lazımdır ki, bu tələbat nəinki azalacaq, əksinə getdikcə daha da artacaq. Üstəlik hələ sentyabrda məktəblərdə dərslərin başlanması da sual altındadır. Əgər pandemiya kəskin şəkildə davam edərsə, güman ki, dərslər onlayn rejimdə başlayacaq. Yəni internetə tələbat daha da artacaq. Hazırda "Aztelekom" MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir.

İnternetlə bağlı yaxın aylar üzrə yeniliklərin nələrdən ibarət olacağı maraq əhatəsindədir.

Sonxeber.az-ın ünvanladığı sorğuya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi olaraq açıqlama verib:

"Xüsusi karantin rejimində telekommunikasiya xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün zəruri işlər həyata keçirilir. Nazirliyin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı TelefonRabitəsi" MMC (Baktelecom) tərəfindən karantin müddətində müştərilərin artan telekommunikasiya xidmətlərinə olan tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin olunması istiqamətində mütəmadi olaraq işlər aparılır. Eyni zamanda "Aztelekom" MMC telekommunikasiya xidmətlərinin ölkəmizdə müasir dünya standartlarına çatdırılması məqsədilə magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb vəbunu davam etdirir. Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber optik xətlər çəkilir. Layihə nəticəsində regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.
"Baktelecom" tərəfindən daşıyıcı şəbəkənin tutumu artırılıb. Qurumun mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli xidmətlərlə təminatı üçün şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik işləri davametdirirlər".

Rəsmi qurumdan verilən məlumatda həmçinin təhsil müəsissələrinin internetlə bağlı təminatı, olacaq yeniliklərlə bağlı məsələsinə də aydınlıq gətirilib:

"Təhsil müəssisələrinin bağlı qalması davam edərsə və internet şəbəkəsi üzərindən tədris prosesi aparılarsa, internet təminatının artırılması, təkmilləşdirmə işlərinin sürətləndirilməsi və şəbəkənin gücləndirilməsi istiqamətində operativ tədbirlər həyata keçiriləcək. Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət göstərən özəl internet provayderlərə həmişə olduğu kimi dəstək verir. Onlara imkan yaradılır ki, müştərilərinə kəsintisiz internet xidməti göstərsinlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.