Bibliyada təsvir olunan hadisələr uydurma imiş

15-08-2020, 00:01           
Bibliyada təsvir olunan hadisələr uydurma imiş
İsrail arxeoloqları uzun illər boyu apardıqları qazıntılardan sonra əldə etdikləri bilgilər əsasında belə qənaətə gəliblər ki, müqəddəs kitabda təsvir olunan hadisələr heç vaxt baş verməyib. Bu barədə “La Repubblika” qəzeti yazıb.

Məsələn, arxeoloqlar iddia edirlər ki, İerixon şəhərini yəhudi din xadimlərinin trubalarının səsi dağıtmayıb, çünki o divarlar, ümumiyyətlə, mövcud olmayıb.

İsraillilərin həsrətini çəkdikləri Xanaana bölgəsi də Bibliyada deyildiyi kimi, nə “nəhəng” olub, nə də göylərə qədər ucalan divarların arasında yerləşib.

“Buna görə də guya sayca onlardan çox xananeylərlə döyüşən işğalçıların igidlikləri sadəcə teoloji rekonstruksiyadır və faktlara əsaslanmır, – Təl-Əviv universitetinin arxeologiya fakultəsinin ən məşhur professorlarından biri, arxeoloq Zeyev Hersoq deyir. – Əldə etdiyimiz bütün nəticələrə əsasən, arxeologiya sahəsində çalışan, Bibliyanı və yəhudi xalqının tarixini araşdıran alimlərin böyük əksəriyyəti bir fikirdə razılığa gəlirlər: “Romul və Rem” əfsanəsi kimi Bibliyada təsvir olunan hadisələr də əfsanədir”.

Professor Hersoq bildirib: “Bu qazıntılar bir məsələyə aydınlıq gətirdi: israillilər heç vaxt Misirdə yaşamayıblar, heç vaxt səhrada dolaşmayıblar, heç vaxt torpaqlar işğal eləyib, sonra da onları İsrailin on iki dirəyinə ötürməyiblər. Bizim tapıntıların heç biri yəhudi tarixindəki həlledici hadisələri təsdiqləmir. Kitabda cəmi bir neçə ailədən söz gedə bilər. Ki, onların tarixləri sonradan teoloji səbəblərdən genişləndirilib və milliləşdirilib”.

Professor deyir ki, sözün əsl mənasında inqilabi olan bu qənaət bir çox insanlar tərəfindən çətinliklə qəbul olunur. Müqəddəs kitabda və “Çarlar kitabı”nda yazılanlara inansaq, İsrail xalqının siyasi, hərbi və iqtisadi qüdrətinin ən ali nöqtəsi olan Davidlə Solomonun Fəratın sahillərindən Qəzzaya qədər uzanan nəhəng səltənəti “istioqrafik baxımdan əslində mövcud olmayan məkandır”.

“Davidlə Solomonun nəhəng səltənəti tarixi yox, epik xarakter daşıyır. Bunun axırıncı sübutu odur ki, biz hələ də onun adını öyrənə bilməmişik, – Hersoq söyləyir. – Yerusəlim başdan-ayağa qazıq-qazıq edilib. Qazıntılar Davidlə Solomonun birləşdirilmiş səltənətinin mövcud olduğu dövrə – ondan əvvələ və sonraya aid kifayət qədər material verib. Onların heç biri, heç bir gil parçası bu səltənətin mövcudluğunu təsdiqləmir. Bu, o demək deyil ki, arxeoloqlar yanlış yerdə axtarıblar. Əksinə, onlar Davidlə Solomonun zamanında Yerusəlimin böyük məskunlaşmış ərazi olduğu, lakin orda nə mərkəzi məbəd, nə də hökmdar sarayının olmadığı barədə kifayət qədər dəlil tapıblar. David və Solomon kiçik bölgələrə – David Xervonda, Solomon Yerusəlimdə – nəzarət edən tayfa knyazlıqlarının başçıları olublar. Eyni zamanda Samariyanın təpələrində ayrıca dövlət meydana çıxıb. İsraillə Samariya başlanğıcda hərdən bir-birilə düşmənçilik edən iki ayrı dövlət olub”.
Azlogos.euшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.