Brejnevin şəxsi erməni fotoqrafı bu gün öldü - Azərbaycana "Qarabağ bəlası" elə o vaxtdan gətirilib

28-09-2020, 23:00           
Brejnevin şəxsi erməni fotoqrafı bu gün öldü -
TASS agentliyinin foto müxbiri, 14 il Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev üçün çalışan Vladimir Musaelyan 82 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.

Onun ölümü haqda informasiyanı fotojurnalist Anatoli Xrupov “Facebook”da yazıb.

Musaelyan TASS-da təxminən 60 il çalışıb. Bu müddət ərzində ilk kosmik heyətlərin hazırlığını, raket atışlarını, Baykonurun inşasını lentə alıb.

1982-ci ildə Brejnevin ölümündən sonra Musaelyan dövlətin digər yüksək vəzifəli şəxslərinin – Andropov, Çernenko, Rıjkov, Lukyanov, Liqaçev və başqalarının fotoşəkilini çəkib.

SSRİ və Rusiya Federasiyasının xalq deputatlarının bütün qurultaylarını lentə alıb.

Hesabında bir çox mükafat var və 2019-cu ildə yerli medianın inkişafındakı böyük töhfəsinə və uzun illər səmərəli fəaliyyətinə görə Rusiya Prezidentin Fəxri Fərmanı ilə təltif edilib.

Haşiyə: İstər SSRİ dövründə, istərsə də indiki Rusiya Federasiyasının ən yüksək eşalonunda çalışanların, ya da onlara xidmət edənlərin arasında saysız-hesabsız ermənilər olub. Bu da 1986-cı ilin fevralından başlayaraq paytaxt Moskvada ermənilərin Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı torpaq iddiasına təkan verib. Qarabağı Ermənistanla birləşmək uğrunda gizli hərəkatın üzvü İqor Muradyan erməni əsilli nüfuzlu şəxslərə və görkəmli alimlərə imzalatdırmaq üçün məktub layihəsini Moskvaya aparıb. Qorbaçovun iqtisadi islahatlar üzrə müşaviri, akademik Abel Aqanbeqyanın imzası bunların arasında “vacib” sayılıb. Düzdür, 1945, 1965 və 1977-ci illərdə də ermənilər Moskvaya Dağlıq Qarabağı Sovet Ermənistanına birləşdirmək haqqında məktub və müraciətlər göndərmişdilər. Və ən nəhayət, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun dəstəyi və onun həyat yoldaşı Raisa Maksimovnanın “böyük canfəşanlığı” sayəsində ölkəmizin başına “Qarabağ bəlası” gətirildi. Və o bəla 30 ildir ki, bizdən aralanmır. Yalnız dünəndən başlayaraq Azərbaycan ordusunun rəşadəti ilə torpaqlarımız erməni faşistlərindən geri alınır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.