Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı açıqlanıb

29-09-2022, 08:59           
Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı açıqlanıb
2010-2021-ci illərdə rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, 2010-cu ildə 25385, 2015-ci ildə 24038, 2016-cı ildə 26288, 2017-ci ildə 22796, 2018-ci ildə 20716, 2019-cu ildə 21453, 2020-cu ildə 17714, 2021-ci ildə isə 17566 uşaq rəsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn dünyaya gətirilib.

15-29 yaşlı rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2010-cu ildə 20518, 2015-ci ildə 19701, 2016-cı ildə 21662, 2017-ci ildə 18671, 2018-ci ildə 16792, 2019-cu ildə 17160, 2020-cu ildə 14085, 2021-ci ildə isə 13694 uşaq doğulub.

15-19 yaşda rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2010-cu ildə 4787, 2015-ci ildə 6370, 2016-cı ildə 7094, 2017-ci ildə 6065, 2018-ci ildə 5527, 2019-cu ildə 5850, 2020-cu ildə 4955, 2021-ci ildə isə 4547 uşaq dünyaya gəlib.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.