Oğlan şagirdlərinə çılpaq şəkillərini göndərən müəllim həbs edildi

24-03-2023, 11:25           
Oğlan şagirdlərinə çılpaq şəkillərini göndərən müəllim həbs edildi
ABŞ-da Oklahoma ştatından olan keçmiş texnologiya müəllimi elektron vasitələrdən istifadə etməklə yetkinlik yaşına çatmayanları cinsi qısnama və şirnikləndirməkdə ittiham olunur.

Lent.az xarici mediaya istinadla bildirir ki, 43 yaşlı Serena Kator martın 16-da həbs edilib. Müstəntiqlərin fikrincə, qanunsuz hadisələr 2022-ci ilin sentyabrında baş verib. Cinayət işinin başlanması üçün müəllimin işlədiyi Makleod məktəbində aparılmış daxili araşdırmanın nəticələri əsas olub.

Məlum olub ki, Kator özünün çılpaq fotolarını məktəbin 14-18 yaş arası üç şagirdinə göndərib və onlardan da eynisini tələb edib.

Kator cinayəti etiraf edib. O, həmçinin messencerlərdə və sosial şəbəkələrdə yeniyetmələrlə sekslə bağlı söhbətlər edib. Qadın məktəb rəhbərliyinə danışdığı on oğlanın adları olan siyahını təqdim edib. Qeyd olunur ki, siyahıdan iki şagird müəllimin qızı ilə görüşüb.

Kator həmçinin bəzi xəyallar qurduğunu və yeniyetmələrlə cinsi əlaqənin reallıqda olub-olmamasından əmin olmadığını bildirib. O, “çox içdiyini” və “köməyə ehtiyacı olduğunu” bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru