SAĞLAM GƏNCLİK SAĞLAM GƏLƏCƏK DEMƏKDİR

10-02-2019, 21:21           
SAĞLAM GƏNCLİK SAĞLAM GƏLƏCƏK DEMƏKDİR
Teref.az - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçilərinin, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov əsrin bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkotik vasitələrin qanunsuz dövriyyəsi haqqında danışaraq, narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib. Zəhərli maddələrin cəmiyyətimizdə yaratdığı təhlükə və fəsadlardan məlumat verən polis rəisi qeyd edib ki, narkomaniyanın yayılmasında əsas rolu narkotacirlər oynayırlar. Pis vərdişlərə düçar olan şəxslərin sayı artdıqca onların gəlirləri də mütəmadi olaraq artır. Onların əsas hədəfləri - qurbanları isə tələbə və məktəblilər olurlar. Bunun üçün siz gənclər ətrafınızda olan insanlara diqqət yetirməli və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və onlar haqqında hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinizə, həmçinin polis əməkdaşlarına məlumat verməlisiniz.
Sonra çıxış edənlər dini radikalizm mövzusuna toxunaraq, ölkəmizdə tolerantlığın mövcud olduğu, hər bir şəxsin dini azadlıq və inancına hörmətlə yanaşıldığını, lakin din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə tədbirlərinin görüldüyünü bildiriblər. Bunun üçün gənc nəslin nümayəndələrini yalan vədlərə inanmamağa çağırıb, dini mövzularla bağlı zəruri bilgiləri, lazımi məsləhətləri bu sahənin mütəxəssislərindən və valideynlərdən almağı tövsiyə ediblər.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.