DAİR Hotellər və Restoranlar Assosiasiyası bildirir ki, təşkilatın İdarə Heyətinin Sədri Samir Dübəndi İHA Beynəlxalq Qonaqpərvərlik Mükafatları (İnternational Hospitality Awards) 2019-cu il müsabiqəsinin münsiflər heyətinə seçilmişdir.

18-07-2019, 07:20           

İnternational Hospitality Awards 2010-cu ildə Ukraynanın Hoteliero© Hotelçilər və Restoratorlar Klubu tərəfindən təsis edilib. Hazırda 24 Avropa ölkəsindən hotellərin iştirakını təmin edən 27 nominasiyalı mükafatdır.

Qeyd edək ki, bu ildən Azərbaycan da iştirakçı-ölkələr sırasına qəbul edilmişdir.

International Hospitality Awards haqqında daha ətraflı məlumatlarla təşkilatın rəsmi saytında tanış ola bilərsiz https://hospitalityawards.international/

International Hospitality Awards / Beynəlxalq Qonaqpərvərlik Mükafatlarının Qala təqdimatı 1 Mart, 2020-ci il tarixində InterContinental Kyiv Hotelində (Kiyev, Ukrayna) baş tutacaq.

Mükafatda iştirak etmək arzusunda olan hotellər Oktyabrın 30-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat keçidi https://cabinet.hospitalityawards.international/int2019/register

DAİR Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən uğurla fəaliyyət göstərir. Assosiasiyanın əsas məqsədləri sırasında qonaqpərvərlik sənayesində, xüsusilə də kiçik və orta biznes seqmentində, sivil bazar münasibətlərinin inkişafı, sənayedə çalışan mütəxəssislərin ixtisasının artırılması və bu peşələrin imicinin möhkəmlənməsi, biznesə dəstək, turizm və qonaqpərvərlik bazarının hər bir iştirakçısının maraqlarının qorunması kimi istiqamətləri qeyd etmək olar.

_________________

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.