Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək isyəyən şəxslər saxlanılıb

6-07-2020, 14:22           
Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək isyəyən şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə və Yalama Polis Bölməsinə rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanlıraq polis bölməsinə gətiriliblər.
Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru