Zaqatalada karantin qaydalarını pozaraq hovuzda istirahət edən şəxslər cərimələnib - VİDEO

9-07-2020, 11:53           
Zaqatalada karantin qaydalarını pozaraq hovuzda istirahət edən şəxslər cərimələnib - VİDEO
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin biryerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib. Qaydaları pozanlar da etdikləri əməldən peşman olduqlarını səmimi olaraq etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.