Quba və Xaçmazda karantin qaydalarını pozaraq məclis təşkil edən şəxslər cərimələndilər - FOTO

13-07-2020, 10:35           
Quba və Xaçmazda karantin qaydalarını pozaraq məclis təşkil edən şəxslər cərimələndilər - FOTO
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb. Belə ki, bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.