Rusiyada meteorun uçuşu görüntüləndi

12-07-2025, 16:34           
Rusiyada meteorun uçuşu görüntüləndi
İyulun 11-nə keçən gecə saat 01:54-də (Bakı vaxtı ilə 00:54 - red.) Rusiyanın Çelyabinsk vilayəti üzərindən meteor uçub. Səma cisminin uçuşu küçə kameraları tərəfindən qeydə alınıb.

Bu barədə "74.ru" portalı məlumat yayıb.

Yerli sakinlərdən biri də həmçinin, işıq topunun görüntülərini paylaşıb. O, videonu Çelyabinskin cənub hissəsində çəkdiyini qeyd edib.
Meteorun uçuşu Kurqan, Maqnitoqorsk və 700 km radiusda olan digər şəhərlərdə görünüb. Rusiyanın Ural Federal Universitetinin alimi Viktor Qroxovski TASS-a şərhində qeyd edib ki, cisim insanlar üçün təhlükə yaratmır. Üstəlik, onun sözlərinə görə, hələlik meteorun hara düşdüyü barədə məlumat yoxdur. Onun yerinin dəqiq müəyyən edilməsi bir neçə gün çəkəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru