İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib

4-08-2020, 15:45           
İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanTeref.az-a verilən məlumata görə, 20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.