BAŞ VERƏN YANĞINA POLİS OPERATİV REAKSİYA VERDİ

10-08-2020, 15:39           
 BAŞ VERƏN YANĞINA POLİS OPERATİV REAKSİYA VERDİ
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, avqust ayının 10-da səhər saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Dəvədabanı yaşayış massivi ətrafında olan dağlıq ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında FHN-nin əməkdaşları ilə birlikdə fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan RPŞ-nin və FHN-nin əməkdaşları, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Yanğının baş vermə səbəbləri araşdırılır.




шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.