Bu gün hava necə olacaq

26-05-2023, 07:46           
Bu gün hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə yağış yağacağı,
duman olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq.
Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.

Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru