Ağ Ev Tramp və Zelenskinin qarşıdan gələn görüşü barədə xəbəri təsdiqləyib

19-09-2019, 07:08           
Ağ Ev Tramp və Zelenskinin qarşıdan gələn görüşü barədə xəbəri təsdiqləyib
ABŞ-ın vitse-prezidenti Mayk Penslə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, tərəflər iki ölkə arasındakı əlaqələri, həmçinin BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında ABŞ prezidenti ilə Ukrayna liderinin qarşıdakı görüşünü müzakirə ediblər.

"Vitse-prezident Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdı və gələn həftə onunla Nyu-Yorkda BMT-ın Baş Assambleyasında Tramp arasındakı qarşıdan gələn görüşü müzakirə etdi", - deyə ABŞ-ın vitse-prezidentinin mətbuat xidmətinin xəbərində bildirilir.

Məlumata görə, Pens danışıqda Birləşmiş Ştatların Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz sədaqətini təsdiq edib, Ukrayna administrasiyasının qanunverici islahatlar yolu ilə korrupsiyaya qarşı mübarizədə cəsarətli hərəkətlərini yüksək qiymətləndirib, həmçinin ABŞ tərəfindən bu səylərə tam dəstəyini ifadə edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.