Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı - İLGİNC

14-10-2019, 17:10           
Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı - İLGİNC
Almaniyada magistr təhsili alan azərbaycanlı tələbə vəhşicəsinə qətlə yetirilib. Criminal.az saytının məlumatına görə, qətli törədən onun dostu, “Altes Qrup”un perezidentinin qardaşı oğludur.
Dəhşətli cinayət bir neçə gün əvvəl Ukraynada törədilib. Almaniyada təhsil alan Cavid Hacıyev Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olmuş Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev dostunun dəvətini qəbul edərək həmin şəhərə gedib.

Cavid Hacıyev
O, dostu Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra kürəyindən üç bıçaq zərbəsi vurub, daha sonra isə meyidin üzərində qəddarlıqlar edib.
O, meyidin qoxusunun gəlməməsi üçün cəsədin üzərinə kofe, yağ, benzin töküb. Hətta əlil arabası da sifariş verib, evdə olan balta və benzo-pila ilə meyidi doğrayaraq mənzildən çıxarmaq istəyib. Bunun üçün cəsədi hamama aparıb, lakin fikrini dəyişib, onu yandırmaq istəyib, bu da alınmadıqda qaçıb. Cəsəd mənzildə 3-4 gün qalıb, qoxu gəldiyini hiss edən qonşular polisə şikayət ediblər. Polislər həmin mənzilə gəlib C.Hacıyevin qətlə yetirdiyinin şahidi olublar.


Əli Abdullayev
Ə.Abdullayev dostunu Ukraynaya, oradan da Avropa turuna dəvət edərn zaman Cavid artıq Frankfut-Bakı təyyarə reysi üçün bilet alıbmış. Əli israrla ona bileti dəyişdirdib və Kiyevdə gəzməyə gəlməyə razı salıb.
C.Hacıyevin itkin düşməsi xəbəri yayılanda Əlinin qardaşı onun ailə üzvlərinə deyib ki, özü gedib onları tapacaq. O tək Kiyevə yollanıb, iki saatlıq Borispil aeroportunda olub və kiməsə bir çamodan verərək geri qayıdıb. Cavidin anasına isə deyib ki, anası xəstələndiyindən təcili geri qayıtmalı olub.
Hazırda Ə.Abdullayevin Moldovaya qaçaraq gizləndiyi ehtimal olunur.



C.Hacıyevlə Əli Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olublar. Birinci kursda Ə.Abdullayev universitetdən qovulub. Ə.Abdullayevin əksər şəkillərində əli ilə altı (şestyorka), yəni satanistlərin işarəsini göstərib. Eyni zamanda köynəyinə yazılan yazı da satanizmi aşılayır.
Ə.Abdullayev “Altes Qrup”un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.