Dünyanı gözləyən təhlükə: Qlobal istiləşmə “El Nino” hadisəsini gücləndirir

22-10-2019, 11:18           
Dünyanı gözləyən təhlükə: Qlobal istiləşmə “El Nino” hadisəsini gücləndirir
Atmosferdə “El Nino” hadisəsinin baş verməsi havanı daha da istiləşdirir.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, 1901-ci ildən bu yana meydana gələn 33 “El Nino” hadisəsini araşdıran Havay Universitetinin alimləri bu qənaətə gəliblər.

Əldə edilən nəticələrə görə, qlobal istiləşmə səbəbilə son illərdə baş verən "El Nino"lar daha da şiddətli olub. Güclü “El Nino”lar Hindistan və Avstraliya kimi ölkələrdə quraqlığa, Kaliforniya kimi yerlərdə isə sellərə səbəb ola bilər.

Xatırladaq ki, 1997-1998-ci illərdə ABŞ-da təsirli olan "El Nino" hadisəsi ölkəyə 32 milyard dollar zərər vurmaqla qalmayıb, minlərlə insanın quraqlıq, sel, isti hava dalğaları və qasırğalar səbəbilə həyatını itirməsinə də səbəb olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.