KXDR: ABŞ-ın Koreya yarımadasındakı hərəkətləri ağılsız hərbi nizamsızlıqdır

7-11-2019, 07:41           
KXDR: ABŞ-ın Koreya yarımadasındakı hərəkətləri ağılsız hərbi nizamsızlıqdır
ABŞ-ın Koreya yarımadasındakı hərəkətləri "ağılsız hərbi nizamsızlıq"dır, rəsmi Pxenyan və Vaşinqtonun dialoquna mane olur və regionda ziddiyyəti gücləndirir.

"Report" STAK-a istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xаrici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qvon Çon Qının bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatların yarımadadakı hərəkətləri son dərəcə fitnəkar və təhlükəlidir.

KXDR hakimiyyəti belə bəyanatı Vaşinqton və Seulun "Vigilant Ace" aviasiyasının illik təlimlərinin keçirilməyəcəyi, amma onun əvəzinə daha kiçik miqyaslı təlimlər keçirəcəyi barədə açıqlamalarından sonra verilib.

KXDR rəsmisi isə vurğulayıb ki, təlimlərin adının dəyişdirilməsi onların təcavüzkar xarakterini dəyişdirməyəcək. Bütün dünyanın Koreya-Amerika münasibətlərinin perspektivlərindən narahat olduğu belə kəskin vaxtda ABŞ açıq-aşkar bizə qarşı hərbi təlimlər keçirməyə çalışır", - deyə Şimali Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, "Vigilant Ace" təlimləri 2015-ci ildən keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.