Ən tez paslanan xarici avtomobillərin adları AÇIQLANDI

14-11-2019, 19:20           
Ən tez paslanan xarici avtomobillərin adları AÇIQLANDI
Avtomobil ekspertləri daha tez paslanan xarici maşınların siyahısını hazırlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər reytinqə buraxılış tarixi 5-dən 14-ə qədər olan maşınları daxil ediblər.

Məlumata görə, 2006-cı ildən 2010-cu ilədək buraxılan Amerikanın Ford Mondeo avtomobili korroziyaya ən davamlısıdır. Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 5 il istismar müddətində bu maşında demək olar paslanma yaranmır, kiçik fokuslar yalnız altında, çölündə və təkər tağlarında görünə bilər.

Reytinqdə “gümüş” 2005-2008-ci illərdə istehsal olunan Yaponiyanın GG-nin 6 nəslindən olan “Mazda”nın bəxtinə düşüb. Reytinqin liderindən fərqli olaraq, 6 il istismarından sonra bu avtomobildəki "göbələkləri" qanadlarda və qapılarda görmək olar.

Üçüncü sıranı yığımı Avropada aparılan Yaponiyanın birinci nəsil “Nissan Almera” tutur. Bu avtomobillərdə korroziya istismardan artıq 3-4 il sonra ortaya çıxır.

Almaniyanın “Opel Astra”sı dördüncü yerdədir: kifayət qədər yavaş “çürüməsinə” baxmayaraq, illər ərzində demək olar gövdə hissələri zəifləyir.

Antireytinqin lideri Çinin istehsalı olan və 2011-2013-cü illərdə buraxılan Geely Emgrand X7-dir. Onun hissələri istismarın artıq birinci ilində paslanmağa başlayıb.
Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru