Erməni faşist "qəhrəman"ın xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır

14-11-2019, 19:23           
Erməni faşist "qəhrəman"ın xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır
Rusiya hüquq-mühafizə orqanları Krasnodar diyarının Armavir şəhərində yerləşən erməni məbədində faşist Qaragin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılmasını araşdırır.

APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu barədə informasiya yayılan kimi hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, bu haqda məlumatı lk dəfə Teref.az saytı dünən gecə yaymışdı. Armavir Şəhər Dumasının Kommunist Partiyasından olan deputatı Aleskey Vinoqradov noyabrın 12-də Armavirdəki erməni məbədində yerləşən faşist Qaragin Njdenin xatirə lövhəsini qara rəngə boyayıb. O, yerli hakimiyyət orqanları və Rusiyadakı erməni diasporunun məlum xatirə lövhəsinin sökülməsi ilə bağlı verdiyi iki həfətlik müddətin başa çatdığına görə belə bir addımı atdığını söyləyib.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.