İranda ən azı 106 etirazçı öldürülüb – Beynəlxalq Amnistiya Təşkilatı

20-11-2019, 08:16           
İranda ən azı 106 etirazçı öldürülüb – Beynəlxalq Amnistiya Təşkilatı
Benzinin qiymətinin artırılması səbəbiylə İranda başlayan etirazlar zamanı ən az 106 nəfər öldürülüb.

Ovqat.com xəbər verir ki, məlumatı Beynəlxalq Amnistiya Təşkilatı yayıb.

Təşkilat dünən yaydığı bəyanatda bildirib ki, öldürülənlərin sayının daha çox ola biləcəyindən narahatdır.

İranda sosial media məhdudiyyəti və internet qadağası gətirildiyini vurğulayan təşkilat açıqladığı bu rəqəmin video görüntüləri, şahid ifadələri və xaricdəki fəalların etibarlı məlumatları əsasında təsbit olunduğunu və nümayişçilərin təhlükəsizlik gücləri tərəfindən öldürüldüyü qeyd edib.

Təşkilatın iddialarına görə, İranda öldürülən etirazçılardan bəziləri təhlükəsizlik qüvvələrinə aid vertolyotlardan açılan snayper atışları nəticəsində qətlə yetiriliblər.

"Səlahiyyətlilər bu vəhşi və ölümcül təzyiqlərə dərhal son qoymalı və insan həyatına hörmət etməlidirlər" - Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə Tədqiqat və Müdafiə direktoru Filip Lüter belə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.