İrandan ABŞ-la bağlı xəbərdarlıq: Həbs təhlükəsi...

12-12-2019, 03:49           
İrandan ABŞ-la bağlı xəbərdarlıq: Həbs təhlükəsi...
İranın Xarici İşlər Nazirliyi ABŞ-a getmək istəyən ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, İran XİN-in vətəndaşlara müraciətində ABŞ-a getməmək tövsiyə olunub. Bildirilib ki, istənilən İran vətəndaşı ABŞ-da qanunsuz olaraq həbs edilə bilər. ABŞ ölkəyə gələnlərin təhlükəsizliyi təmin etmir. Hətta elmi və mədəniyyət tədbirlərinə dəvət aldıqda belə, ABŞ-a getmək təhlükəli hesab edilir və məsləhət görülmür.

Qeyd edək ki, ABŞ həbsxanasında bir il cəza çəkən iranlı alim Məsud Süleymani bu günlərdə azadlığa buraxılıb. Bunun müqabilində isə 2016-ci ildə İranda casusluqda ittiham olunaraq saxlanılan Siyen Van adlı ABŞ vətəndaşı azad edilib.

M.Süleymani ABŞ-a elmi simpoziumda iştirak etmək üçün xüsusi dəvətnamə əsasında getmişdi. İranlı alim ABŞ-a daxil olan kimi hava limanında həbs edilmişdi.

Maraqlı fakt ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərinin çox gərgin olmasına baxmayaraq, İranın müxtəlif vilayətlərindən ABŞ-a getmək istəyənlərin sayı azalmır. Xüsusilə kino sahəsində çalışanlar və dəqiq elmlər üzrə alimlər ABŞ-ın müxtəlif şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün dəvətlər alırlar.

İran filmləri ABŞ-da keçirilən kinofestivallarda nümayiş etdirilir. Bu münasibətlə çox sayda sənət adamı, o cümlədən aktyor və rejissorlar ABŞ-a tez-tez səfərlər edirlər. Şəxsi səfərlərə və turist kimi səyahətə gedənlər də az deyil.

Qeyd edək ki, İran ilə ABŞ arasında diplomatik əlaqələr olmadığı üçün vətəndaşlar vizanı İsveçrənin bu ölkədəki səfirliyindən əldə edirlər. Beynəlxalq konvensiyaya və qarşılıqlı razılaşmaya əsasən, İsveçrənin İrandakı səfirliyi üçüncü dövlət olaraq bu iki ölkənin əlaqələrində vasitəçilik missiyasını yerinə yetirir.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.