Boltonun ifadə verməsini istəyirlər

16-12-2019, 10:27           
Boltonun ifadə verməsini istəyirlər
Chuck Schumer
ABŞ Senatının aparıcı demokratı dekabrın 15-də təklif edib ki, Ağ evin dörd indiki və keçmiş rəsmisi Prezidenti Donald Trump-a qarşı impiçment təhqiqatında ifadə versin.

Senatda azlığın lideri Chuck Schumer respublikaçıların nəzarətində olan Senatı çağırıb ki, keçmiş milli təhlükəsizlik müşaviri John Bolton, Ağ evin administrasiya rəhbərini vəzifəsini icra edən Mick Mulvaney, onun köməkçisi Robert Blair və büdcə rəsmisi Michael Duffey ifadə verməyə çağrılsınlar.

Çoxluğun lideri Mitch McConnel-ə məktubunda Schumer yanvarın 7-də “ədalətli və vicdanlı” mühakiməyə başlamağı təklif edib.

Trump-a qarşı vəzifədən sui-istifadə və Konqresin araşdırmasına maneçilik törətmək ittihamları irəli sürülüb. Nümayəndələr Palatası prezidentin siyasi rəqibi barədə Ukraynanın araşdırma aparmasını istəməklə və bundan ötrü bu ölkəyə hərbi yardımın ayrılmasını dayandırmaqla vəzifədən sui-istifadədə ittiham olunur.

Palata bu həftə həmin maddələri səsverməyə çıxarmalıdır. Bundan sonra Baş hakim John Roberts-in sədrliyi ilə Senatda məhkəmə qurula bilər.

Respublikaçı həmkarlarının Trump-a bəraət verəcəyi gözlənir. McConnel məhkəmənin sürətli keçəcəyini anons edib.
azadliq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.