İspaniyada koronavirusda ikinci dalğa şoku… Yüz minlərlə insanın yaşadığı iki bölgədə karantin rejimi sərtləşdirildi

6-07-2020, 00:08           
İspaniyada koronavirusda ikinci dalğa şoku…
Çinin Uhan şəhərində ortaya çıxan və bütün dünyaya yayılan yeni növ koronavirus (COVİD-19) kabusu davam edir.

Pandemiyanın ilk dalğası hələ nəzarətə alınmasa da, ikinci dalğa ölkələri bir-bir vurur. Bu dəfə qorxulu xəbərlər Avropadan gəlir. Avropadakı epidemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olan İspaniya ikinci dalğa yayılmağa başlayıb.

Dünən 200 mindən çox insanın yaşadığı bir bölgə karant altına alındıqdan sonra, bu gün başqa bir bölgəyə giriş və çıxışın qadağan edildiyi açıqlanıb. Dünən Kataloniyanın koronavirusa yoluxmada artım qeydə alınan təxminən 200 min insanın yaşadığı Lleida bölgəsində karantin tətbiq edilib, hakimiyyət insanları evdən çıxmamağa çağırıb. Son 10 gündə yoluxma hallarının üç dəfə artmasına görə, şəhərdə səhra xəstəxanası qurulub.

Bu gün isə İspaniyanın Qalisiya bölgəsinin şimalındakı La Marinaya giriş və çıxış qadağan edilib.

Bölgədəki çimərliklər və üzgüçülük hovuzları da daxil olmaqla, açıq havada maskalardan istifadə edilməsinin məcburi olduğuna dair qərar verilib. Bölgədəki barlar və restoranlar da yeni bağlanış saatlarına və müştərilərin sayında daha sərt məhdudiyyətlərə riayət etməli olacaqlar. Qərar 106 nəfərdə koronavirus aşkarlanması ilə başlayan ikinci dalğa şokundan sonra verilib.bakixeber/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.