Tramp maliyyə hesabatını açıqlamalıdır – Pornoaktrisalarla əlaqələri yoxlanılır

10-07-2020, 10:50           
Tramp maliyyə hesabatını açıqlamalıdır – Pornoaktrisalarla əlaqələri yoxlanılır
ABŞ-ın Ali məhkəməsi Konqressin bir neçə komitəsinin iddiasını təmin edib və Prezident Donald Trampın vergi bəyannaməsini Nyu-Yorkun prokuroru Sayrus Vensə təqdim etməyi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Reuters” yazır.

Qeyd edək ki, məhkəmə Ağ Evin rəhbərinin prezidentlik toxunulmazlığı ilə bağlı bəyanatnı rədd edib, lakin Konqressin Nümayəndələr palatasına da Trampın maliyyə hesabatına girişi qadağa edib.

Beləliklə, ABŞ Prezidentinin “Mazars LLP” mühasibatlıq şirkəti, eləcə də bankları “Capital One” və “Deutsche Bank” Trampın son 10 ildəki maliyyə sənədlərini təqdim etməlidirlər.

Sayrus Vens bu sənədləri araşdırmaqla Trampın pornoaktrisa Stormi Deniels və “Playboy”un eks-modeli Karen Makduqala özlərinin dedikləri kimi intim münasibətə görə pul verib-vermədiyini öyrənməyi planlaşdırır. ABŞ lideri isə məhkəmənin qərarını “ifritə ovu” adlandırıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.