Şimali Koreya prezidentinin bacısı: Kim Çen In Tramp ilə görüşməyəcək

10-07-2020, 10:51           
Şimali Koreya prezidentinin bacısı: Kim Çen In Tramp ilə görüşməyəcək
Eastnews.org-un verdiyi xəbərə görə, Şimali Koreya prezidenti Kim Çen Inın bacısı qardaşının bu il prezident Donald Tramp ilə görüşməyəcəyini söyləyib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi Şimali Koreya prezidentinin bacısına istinadən bildirib ki, belə bir görüş yalnız ABŞ-a xeyir verəcək.

Bundan əvvəl Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini Çou Son Hui Vaşinqtonun Pxenyana qarşı düşmən siyasətindən imtina etməyəcəyi təqdirdə ölkəsinin ABŞ ilə nüvə danışıqlarını davam etdirmək planlarının olmadığını deyib.

Ötən gün Ağ Evin sabiq Milli Təhlükəsizlik Müşaviri Con Bolton jurnalistlərə bildirib ki, Trampın noyabrda seçkidən öncə Kim Çen Inla daha bir görüşü ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru