Kravçuk Donbassa görə Rusiyadan 300 milyard dollar istəyir - Puşkov "verməyəcəyik" deyir

1-08-2020, 15:11           
Kravçuk Donbassa görə Rusiyadan 300 milyard dollar istəyir -
Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı fəaliyyət komissiyasının rəhbəri Aleksey Puşkov Ukraynanın keçmiş prezidenti Leonid Kravçukun Donbassın bərpası üçün ölkəsinə 300 milyard dollar ödənilməli olduğu barədə ifadəsini tənqid edib.

KONKRET.az xəbər verir ki, Rusiya parlamentinin deputatı bu barədə öz Twitter səhifəsində yazıb.

Daha əvvəl Ukraynanın ilk prezidenti ABŞ, Böyük Britaniya və Rusiyanın sərmayə qoyacağı Donbassın bərpası üçün xüsusi fondun yaradılmasının vacibliyini açıqlamışdı.

Kravçuk xatırladıb ki, Ukrayna tərəfi keçmişdə Budapeşt Memorandumunu imzalayıb və ona görə 300 milyard dollara başa gələn nüvə silahından imtina edib.

Puşkov, öz növbəsində heç bir ölkənin Ukraynaya pul verməyəcəyini söyləyib. Onun sözlərinə görə, Kiyev əvvəlcə Donbassı qaytarmalıdır, əks təqdirdə bütün pullar o anadək yox olacaq.

Budapeşt Memorandumu 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya tərəfindən imzalanıb.

Sənədə görə, Kiyev Nüvə Silahlarının Yayılmaması Sazişinə qoşulub, Moskva, Vaşinqton və London ölkənin təhlükəsizliyinə zəmanət verib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.