Qlobal fəlakətin tarixi açıqlandı...- 287 MİLYON İNSAN...

3-08-2020, 10:23           
Qlobal fəlakətin  tarixi açıqlandı...- 287 MİLYON İNSAN...
Qlobal subasmanın əsas qurbanı Böyük Britaniya ola bilər...

“Mütəxəssislərin fikrincə, əgər bəşəriyyət heç bir tədbir görməsə, 2100-cü ilə qədər qurunun böyük bir hissəsi suyun altında qalacaq. Xüsusilə, sahil ərazilərinin təxminən 50 faizi su altında qalacaq”.

Moderator.az xəbər verir ki, bunu İsrail mediası yazır.

Vəziyyətin təhlilinə əsasən ərazilərin su altında qalma riski ilk növbədə dəniz səviyyəsindən 10 metr yüksəklikdə yerləşən bölgələri təhdid edir. Ən pis halda təxminən 287 milyon insan və ya dünyanın ümumi əhalisinin 4 faizi sahilyanı daşqınlardan zərər görə bilər. Pul ekvivalenti ilə götürülsə, fəlakətin dünyanın ümumi daxili məhsulunun 20 faizini təşkil edən 14 trilyon dollarlıq ziyana səbəb olması mümkündür.

Dəniz səviyyəsinin yüksəlməsindən gələn qlobal təhlükə getdikcə çoxalan qabarmalar, dalğalar və fırtınalar səbəbindən artır.

Orta dəniz səviyyəsinin nisbətən yavaş artmasına baxmayaraq elm adamları təbii fəlakətlərdə bir təhlükə görürlər.

Melburn Universitetindən (Avstraliya) Ebru Kirezçinin sözlərinə görə, zaman keçdikcə qabarma, daşqın və digər təbii elementlərin dağıdıcı gücü artır.

Mütəxəssislər 2100-cü ilə qədər suyun altında qala biləcək ərazilərin bir xəritəsini modelləşdirə biliblər. ABŞ-da Şimali Karolina, Virciniya və Merilend ştatlarının əraziləri qismən su altında qalacaq, Asiyada - Çin, Banqladeş, Hindistanın bəzi bölgələri, Okeaniya - Avstraliyanın şimal hissəsi. Avropada, Almaniyanın və Fransanın şimalı əhəmiyyətli dərəcədə zərər görəcək.

Qlobal subasmanın əsas qurbanı isə Böyük Britaniya adlandırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.