Hindistanda təyyarə qəzası: pilot öldü, 30-dan çox yaralı var - VİDEO

7-08-2020, 21:52           
Hindistanda təyyarə qəzası: pilot öldü, 30-dan çox yaralı var - VİDEO
Hindistanın Karipur şəhərində “Air India” aviakompaniyasına məxsus təyyarə sərt eniş edib və zolaqdan kənara çıxıb.

Gununsesi.info bildirir ki, bu barədə “Times of India” xəbər verib.

Təyyarə Dubaydan reys yerinə yetirirmiş, onun göyərtəsində 191 nəfər var idi.

Ölkənin Mədəniyyət və Turizm naziri Alfons Kannantanam tvitterdə yazıb ki, hadisə nəticəsində təyyarənin pilotu həlak olub, çox sayda sərnişin xəsarət alıb.

Nazir qeyd edib ki, təyyarənin ön hissəsi tamamilə yararsız hala düşüb, bütün sərnişinlər evakuasiya edilib.

“Xoşbəxtlikdən təyyarə yanmayıb”, – Kannantanam əlavə edib.

“NDTV” telekanalı xəbər verib ki, sərt enişdən sonra xəstəxanalara 30-dan çox insan çatdırılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru