Gürcüstandan Rusiyaya TƏLƏB: Atəşkəs razılaşmasına əməl et...

8-08-2020, 00:04           
Gürcüstandan Rusiyaya TƏLƏB: Atəşkəs razılaşmasına əməl et...
"2008-ci il avqust müharibəsinin 12-ci ildönümündə vətənimizi qorumaq üçün canlarını fəda etmiş hərbçiləri və mülki şəxsləri hörmətlə yad edirik".

Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Qaxaria öz rəsmi "Twitter" sosial şəbəkəsində qeyd edib.

Hökumət başçısı qeyd edir ki, Rusiya destabilizasiya hərəkətlərini dayandırmalı və 2008-ci il "atəşkəs razılaşmasını" yerinə yetirməlidir.

“Rusiya atəşkəsin pozulması hərəkətlərini dayandırmalı və 2008-ci ildə atəşkəs razılaşmasına əməl etməlidir. Bu müharibə bütün gürcülərin ürəyində müalicə olunmayan bir yara olaraq qalır", - deyə baş nazir qeyd edib.

Xatırladaq ki, bu gün 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsinin 12-ci il dönümüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru