Putindən Lukaşenkoya 5 səhifəlik - Şok məktub

9-08-2020, 19:07           
Putindən Lukaşenkoya 5 səhifəlik - Şok məktub
Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Minskdə saxlanılan ruslarla bağlı bütün faktları əks etdirən beş səhifəlik məktub göndərib.

Teleqraf.com "İnterfaks"a istinadla xəbər verir ki, Lukaşenko hazırda İstintaq Komitəsinin bu faktları araşdırdığını söyləyib.

"Perspektivə gəlincə, kimsə Rusiya ilə münasibətlərimizin tamamilə pozulacağını gözləyirsə, səhv edir", - deyə o bildirib.

Qeyd edək ki, iyulun 29-da Minsk yaxınlığında 30-dan çox rusiyalı tutulub. Belarus tərəfi onların ölkədə seçki kampaniyası dövründə vəziyyəti gərginləşdirməyi planlaşdıran Rusiyanın özəl hərbi şirkəti "Vaqner"in döyüşçüləri olduğunu bəyan edib.

Öz növbəsində rəsmi Moskva bunu təkzib edərək həmin şəxslərin Belarus vasitəsilə Türkiyəyə tranzitlə getdiklərini, lakin təyyarəyə gecikdikləri üçün Minskə yerləşdiklərini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru