Milyonlarla insanın ölümü proqnozlaşdırılır

11-08-2020, 08:38           
Milyonlarla insanın ölümü proqnozlaşdırılır
İstixana qazlarının atmosferə buraxılmasına məhdudiyyətlər tətbiq edilməsə qlobal istiləşmənin təsiri böyüyəcək və anomal istilik milyonlara insanın ölümünə səbəb olacaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya İqtisadi Tədqiqatlar Milli Bürosunun bir qrup tədqiqatçısının əldə etdiyi nəticədə göstərilib.

Mütəxəssislər, bir sıra ölkələrdə son illər ərzində anomal istilikdən ölüm hallarının sayını müəyyənləşdirib və gələcəkdə baş verə biləcək fəsadları müəyyən ediblər.

Atmosferə atılan istixana qazların miqdarı eyni qalacağı təqdirdə, istilik dalğaları dünyadakı hər 100 min insandan 73-nün ölümünə səbəb olacaq. Ən isti ölkələrdə bu rəqəm hər 100 minə 200-ə çata bilər.

Həddindən artıq isti hava ən təhlükəli təbiət hadisələrindən biridir. İnsan təkcə günvurmadan deyil, infarktdan və müxtəlif xəstəliklərin ağırlaşmasından ölə bilər.

Yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər daha tez dünyasını dəyişirlər. İsti ölkələrdə havanın temperaturu 50 dərəcəyə qalxa bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru