Putinin illik gəliri açıqlandı

15-08-2020, 06:17           
Putinin illik gəliri açıqlandı
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il üçün gəlirləri 9 milyon 726 min 595 rubl, orta hesabla - ayda təxminən 810 min rubl təşkil edib. “Qafqazinfo” bildirir ki, dövlət başçısının gəlir, xərclər və əmlak haqqında Bəyannaməsi avqustun 14-də Kremlin saytında dərc edilib.

Dövlət başçısının 2018-ci ildəki qazancı təxminən 8,65 milyon rubl olmuşdu.

Bəyannamədə Prezidentin əmlakının siyahısı dəyişməyib. Onun mülkiyyətində sahəsi 77 kv.m. olan mənzil və sahəsi 18 kv.m. olan qaraj, iki nadir “Volqa” QAZ M21, “Niva” avtomobili və “Skif” qoşqusu var. Prezidentin istifadəsində sahəsi 153,7 kv.m. olan mənzil və kv m. qaraj yeri var. Bütün bu obyektlər Rusiyada yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru