Gürcüstanın katolikos-patriarxı Dağlıq Qarabağdakı gərginliklə bağlı bəyanat yayıb

28-09-2020, 00:06           
Gürcüstanın katolikos-patriarxı Dağlıq Qarabağdakı gərginliklə bağlı bəyanat yayıb
Gürcüstanın katolikos-patriarxı II İlya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən gərginliklə əlaqədar bəyanat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bəyanatda Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.

“Ermənistanla Azərbaycan arasındakı son qarşıdurma xəbərini çox narahatlıqla öyrəndik. Bu bizim üçün xüsusilə ağrılıdır, çünki hər iki ölkənin qonşusu və dostuyuq. Gürcüstanda bir çox azərbaycanlı və erməni yaşayır.

Ümid edirik ki, hər iki ölkənin səlahiyyətliləri və beynəlxalq ictimaiyyət vəziyyətin kəskin şəkildə pisləşməsinə imkan verməyəcək. Bu, Qafqazda və bütün dünyada böyük bir problemə çevrilə bilər. Tanrıdan Ermənistana, Azərbaycana və bütün Qafqaza sülh bəxş etməsini diləyirik”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru