Dünya Bankının rəhbəri koronavirusa qarşı peyvənd üçün 12 milyard dollarlıq planın təsdiqlənməsini istəyir

30-09-2020, 07:49           
Dünya Bankının rəhbəri koronavirusa qarşı peyvənd üçün 12 milyard dollarlıq planın təsdiqlənməsini istəyir
Dünya Bankının prezidenti David Melpas direktorlar şurası tərəfindən yoxsul və inkişaf etməkdə olan ölkələrin sakinləri arasında koronavirusa qarşı peyvəndin yayılmasının maliyyələşdirilməsi planının təsdiqini istəyir.

Trend-in məlumatına görə, Melpas bu məqsəd üçün 12 milyard dolların ayrılmasının lazım olduğunu bildirib.

Rəhbər deyib ki, bu vəsait peyvənd hazır olan kimi dərmanın kifayət qədər istehsal edilə biləcəyini təmin edəcək. Melpas peyvəndin paylanması üçün nəzərdə tutulan vəsaitin, təşkilatın 30 iyun 2021-ci ilədək pandemiyaya qarşı mübarizə aparmaq ayrılan 160 milyard dollarlıq paketin bir hissəsi olduğunu qeyd edib.

Hazırda dünyada 100-dən çox potensial koronavirus peyvəndi hazırlanır. Bunlardan 40-dan çoxu könüllülər üzərində aparılan klinik sınaqlardan keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru