Kadırov müsəlmanlara və Fransa rəhbərliyinə səsləndi - Təxribat ehtimalı var

31-10-2020, 09:54           
Kadırov müsəlmanlara və Fransa rəhbərliyinə səsləndi - Təxribat ehtimalı var
“Siz oğlanı məhv etdiniz və bu məsələdə nöqtəni qoydunuz. Bununla da hər şey bitdi. Bundan sonra baş verənlər - aksiyalar, bəyanatlar, çağırışlar - yaxşılığa aparmır".

Çeçenistanın rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makronun İslamı təhqir etməsindən sonra Rusiya müsəlmanlarına və Fransa hökumətinə müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Telegram kanalında yazıb.

Kadırov müsəlman cəmiyyətini Fransanın Rusiyadakı səfirliklərinin önündə mitinq keçirməməyə və düşünülməmiş hərəkətlərə yol verməməyə çağırıb. "Bu, çox şeyi dəyişməyəcək, amma təxribat ehtimalı var", - o bildirib.

Fransa rəhbərliyinə də məsləhət verən Kadırovun fikrincə, Paris hakimiyyəti dünyadakı bütün müsəlmanlardan üzr istəməlidir. “Siz oğlanı məhv etdiniz və bu məsələdə nöqtəni qoydunuz. Bununla da hər şey bitdi. Bundan sonra baş verənlər - aksiyalar, bəyanatlar, çağırışlar - yaxşılığa aparmır. Dayanın və üzr istəyin, əks halda hər şey daha da pis olacaq", - Çeçenistan rəhbəri əlavə edib.

Kadırov islamda Məhəmməd peyğəmbərin şəklinin canlandırmasına, ələ salınmasına icazə verilmədiyini xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru