Çeçenistanda Kadırova qarşı qəzəb və tənqidlər ARTIR - "İnsanları cənnətə dəvət edirsən, amma özün ora getmirsən"

22-09-2022, 16:30           
Çeçenistanda Kadırova qarşı qəzəb və tənqidlər ARTIR -
Çeçenistanda Kadırova qarşı qəzəb və tənqidlər artır.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, Çeçenistan müsəlmanlarının müftisi və ruhani lideri Salah-hacı Mejiyev səfərbərliyə sərt reaksiya verib.

“İnsanları cənnətə dəvət edirsən, amma özün ora getmirsən. Ölmək istəmirsən. Sən isti yerdə yatmaq, ləzzətli yeməklər yemək və yağlı söhbətlər etmək istəyirsən”, – deyə Salah Mejiyev Ramzan Kadırova etirazını bildirib.

Qeyd edək ki, Çeçenistan rəhbəri Rusiya Prezidentinin elan etdiyi qismən səfərbərliyi dəstəkləyib.

Kadırov səfərbərlik əleyhdarlarını xalq düşmənləri adlandırıb və bu gün Qroznıda səfərbərliyə qarşı mitinqə çıxan qadınların ərlərinin Ukraynaya göndərilməsini təklif edib.

Xatırladaq ki, Çeçenistan müsəlmanlarının müftisi və ruhani lideri vaxtilə Ramzan Kadırovun atası Axmat Kadırov idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru