ABŞ Suriyada üç İŞİD liderini MƏHV ETDİ

7-10-2022, 10:40           
ABŞ Suriyada üç İŞİD liderini MƏHV ETDİ
ABŞ Suriyanın şimalında uğurlu əks-terror əməliyyatı keçirib və bu əməliyyat zamanı “İslam Dövləti”nin üç lideri məhv edilib.

Bu barədə Publika.az "The New York Times"a istinadla xəbər verir.

Hücumların oktyabrın 6-da səhər saatlarında ABŞ xüsusi təyinatlılarının helikopterlərdən enərək Raqqan Vahid əl-Şəmmarini öldürdüyü zaman başladığı bildirilir.

Pentaqonun məlumatına görə, terrorçu, İŞİD əməliyyatlarına dəstək üçün silah və döyüşçülərin qaçaqmalçılığına şərait yaradıb.

“Basqın Suriya ərazisində nadir əməliyyat idi və Rusiya qoşunlarının yerləşdiyi Suriya aerodromundan cəmi bir neçə mil aralıda həyata keçirilib”, – qəzet ətraflı yazıb.

NYT əlavə edir ki, bir neçə saat sonra ABŞ daha bir pilotsuz təyyarədən zərbə endirib və İŞİD-in Suriyadakı müavinini və məhbuslarla iş üzrə məsul şəxsi öldürüb.

“Bu hücumlar İŞİD-ə fevral ayında Suriyanın şimal-qərbində terror qruplaşmasının əsas lideri Əbu İbrahim əl-Haşimi əl-Quraşinin ölümü ilə nəticələnən basqından sonra ən güclü zərbədir”, - məlumatada qeyd edilib.

Hüseyn İbadlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.