Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir

15-11-2019, 17:37           
Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir
“Azərbaycanda idarəetmə sistemi yeni çağırışlara uyğun olaraq təkmilləşdirilir”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Prezident yeni təyin olunmuş icra başçılarını qəbul edərkən verdiyi tapşırıqlar dövlət orqanlarında çalışan hər bir şəxs üçün örnək və ismarıc olmalıdır:

“Dövlət başçısı açıq-aşkar bildirdi ki, birinci məsələ vətəndaşı narahat edən bütün problemlərin aradan qaldırmaqdır. Eyni zamanda korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmək lazımdır. Yeni təfəkkürlü gənc kadrlar müasir və qloballaşan dünyada dövlət idarəçiliyini daha da təkmilləşdirə bilərlər. Bu baxımdan bir çox qurumlarda, yerli idarəetmə orqanlarında mühüm dəyişikliklər getməkdədir.

Əlbəttə, həmin postlarda uzun müddət xidmət göstərmiş məmurlar öz dövrlərinin tələblərinə cavab veriblər. Amma müasir zaman innovativ gəncləri tələb edir. Çox güman ki, gələn il keçiriləcək parlament seçkisində də gənc deputatların sayı çoxalacaq. Kadr islahatlarında hər kəs, o cümlədən dövlət qurumlar və məmurlar Prezident İlham Əliyevə dəstək olmalıdır. Dövlət başçısının diqqət çəkdiyi məqamlara və tapşırıqlarına ciddi yanaşmaq lazımdır”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.