Milli-azadlıq hərəkatının başlanğıc günü

17-11-2019, 10:04           
Milli-azadlıq hərəkatının başlanğıc günü
Bu gün respublikamızda Milli Dirçəliş Günü qeyd olunur. 31 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşıb. Həmin tarix bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün uzun illər azadlıq həsrəti ilə yaşayan xalq "olum, ya ölüm" savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü. Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşıladı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.

Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoyub. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib. 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

1992-ci ildən 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Hazırda bu tarix təqvimdə bayram kimi qeyd olunsa da, qeyri-iş günü deyil.
Teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.