Samir Şərifov: 6 ayın nəticələrinə əsasən dövlət büdcəsinin xərcləri 107 milyon manat artıq icra olunub

5-08-2020, 11:52           
Samir Şərifov:
Ötən 6 ay ərzində Azərbaycanda sosial-iqtisadi vəziyyət ətraflı müzakirə edilib. Bu müddət ərzində 2020-ci ilin dövlət büdcəsinin icarasında olduqca müsbət dinamika müşahidə olunub.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, dövlət büdcəsində nəzərdə 58 milyon profisit proqnozlaşdırılsa da hazırda profisit 292 milyon manat təşkil edir. Onun sözlərinə görə, bu da əsasən fiskal orqanlar, o cümlədən Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi tərəfindən daxil edilən mədaxil hesabına baş verib. Nazir bildirib ki, 6 ayın nəticələrinə əsasən dövlət büdcəsinin xərcləri 107 milyon manat artıq icra olunub.

S.Şərifov vurğulayıb ki, Azərbaycanda ÜDM-də artıq geriləmə prosesi başlayıb və bu geriləmə aprel ayında başlayıb. Nazirin sözlərinə görə, gözlənilən ondan ibarətdir ki, bu proseslər bir qədər artacaq lakin proqnoza əsasən ÜDM-nin azalması 5 faizdən artıq olmayacaq: “Burada nəzərə alınır ki, iqtisadiyyatın əksər sektorunda geriləmələr müşahidə olunmaqdadır. Eyni zamanda neftin qiymətinin yeni proqnozu da gəlirlərin azalmasına təsir göstərir. Belə ki, neftin qiyməti büdcədə 55 dollar məbləğində götürülüb, lakin növbəti 6 ay ərzində 35 dollar həcmində olması proqnozlaşdırılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.