Zərərlə işləyən bahalı AZAL - Prezidentin tənqid etdiyi AZAL borc içində "batır"- MƏBLƏĞ

7-08-2020, 16:41           
Zərərlə işləyən bahalı AZAL -
Bu il "Azərbaycan Hava Yolları" ASC -nin (AZAL) dövlət büdcəsi hesabına ödəməli olduğu borcun ötənilki 101,3 milyon manatdan 160 milyon manata
artacağı proqnozlaşdırılır.
Eyni zamanda "Azərbaycan Hava Yolları" ASC -nin dövlət büdcəsi qarşısındakı vergi öhdəliklərini də vaxtında yerinə yetirməyib.
AZAL-ın dövlət büdcəsinə olan vergi borcu isə 376 min 913 manat 39 qəpik olub.
Məlumat üçün qeyd edək ki, dünən keçirilən müşavirədə Prezidenti İlham Əliyev AZAL-ın dövlət büdcəsinə olan vergi borcu isə 376 min 913 manat 39 qəpik olub.
Məlumat üçün qeyd edək ki, dünən keçirilən müşavirədə Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" ASC haqqında aşağıdaki tənqidi fikirləri səsləndirib:
"Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.