Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA

8-08-2020, 16:49           
Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”.

Teref.az bildirir ki, oxu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq aydın görünür:

“Belə hiss var ki, insanlar riski qəbul etmir. Hələ kafe və restoranlar açılmayıb. Hələ bu vəziyyətdə insanlar maskasız hərəkət edirlər. Bu, belə davam etməyəcək. Qısa zamanda yenidən bağlanmaya gedəcəyik. Hökumətin düzgün etmədiyini deyib, yükü onun üzərinə qoymaq yanlışdır. Məsuliyyətli olmaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru