Garabag Resort & Spa Sağlamlıq Mərkəzi PMD Hospitality qrupunun idarəçiliyinə keçib

13-08-2020, 08:15           
Garabag Resort & Spa Sağlamlıq Mərkəzi PMD Hospitality qrupunun idarəçiliyinə keçib
Garabag Resort & Spa Sağlamlıq Mərkəzi PMD Hospitality qrupunun idarəçiliyinə keçib.
Naftalan şəhərində yerləşən Garabag Resort & Spa Sağlamlıq Mərkəzi PMD Hospitality qrupunun idarəçiliyinə keçib.
Bu barədə aktivləri idarə edən şirkətin saytında bildirilib.
5 ulduzlu hotel kompleksi Garabag Resort & Spa əvvəllər “Azbiznesservis” MMC-yə məxsus idi. 132 hotel otağından ibarət olan kompleks Naftalan Vannaları əsasında müalicəvi terapiya təqdim edir. O, 2014-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş iki sanatoriyasının bazasında inşa edilib və 13 hektar ərazidə yerləşir.
PMD Hospitality qrupuna həmçinin Bakı və Naftalan şəhərlərində, Lənkəran, Şabran və Şamaxı rayonlarında hotellər, istirahət və əyləncə mərkəzləri (Gashalti Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Resort, Shamakhi Palace Sharadil, Paulaner Azerbaijan və Dalga Beach Aquapark) daxildir. Şirkət “PMD Group” MMC-nin törəməsidir (“PASHA Holding” MMC-ə daxildir).
Turan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.