Eldar Həsənovun vəkilindən xahişi və məhkəmədəki sözü - FOTOLAR, VİDEO (YENİLƏNİB 2)

15-08-2020, 04:05           
Eldar Həsənovun vəkilindən xahişi və məhkəmədəki sözü - FOTOLAR, VİDEO (YENİLƏNİB 2)
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov məhkəmə önünə çıxarılır.
Musavat.com-un Səbael Rayon Məhkəməsinin qarşısında olan müxbiri xəbər verir ki, Eldar Həsənov bu dəqiqələrdə məhkəməyə gətirilib.
Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Eldar Həsənovun müdafiəçisi tanınmış vəkil Adil İsmayılovdur. Adil İsmayılov da bir neçə dəqiqə öncə məhkəməyə gəlib.
Məhkəmə ətrafında ciddi polis nəzarəti var.
Qeyd edək ki, Eldar Həsənov DTX tərəfindən həbs edilib.

Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir.
***
21:34
Səbael Rayon Məhkəməsində keçmiş səfir Eldar Həsənov barəsində həbs qərarı seçilib.
Məhkəmədə istintaq orqanı- Dövlət Təhlükəsizlik Xidmətinin təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib.
Eldar Həsənov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
Adil İsmayılov məhkəmədən sonra jurnalistlərə açıqlama verib. O, deyib ki, Eldar Həsənov məhkəmədə ittihamları qəbul etmədiyini bildirib.
Vəkil bildirib ki, Eldar Həsənov mətbuata açıqlama verilməməsini xahiş edib: "Mətbuat üçün açıqlama verməməsini xahiş etdi. Bildirdi ki, haqq-ədalət öz yerini tapacaq".
Vəkil bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.