40 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA

26-09-2020, 00:06           
40 min pakistanlı Azərbaycana gəldi –
Fəaliyyətim müddətində iqtisadi əlaqələri daha da gücləndirmək əsas prioritet olacaq”.
“Yeni Gündəm” xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee brifinqdə deyib.

“İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Müxtəlif sahələr var ki, burda iqtisadi əməkdaşlıq üçün imkanlar genişdir. Pakistanın dərman şirkətləri Azərbaycan bazarına töhfə verə bilər. Bildiyiniz kimi, dünya pandemiya ilə mübarizə aparır və ölkəmizdə bəzi dərman şirkətləri var ki, onlar virusun müalicəsində istifadə olunan dərmanlar istehsal edir. Digər bir sahə turizmlə bağlıdır. Ötən il 40 min pakistanlı Azərbaycana səyahət edib. Turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Pakistanla Azərbaycanın təbiəti, tarixi yerləri qarşılıqlı olaraq vətəndaşlar üçün cəlbedicidir. Təhsil sahəsində əməkdaşlıq üçün imkanlar var. Pakistanda aparıcı universitetlər var və tələbə mübadiləsi çərçivəsində azərbaycanlı tələbələr bu universitetlərdə təhsil ala bilər”, – deyə səfir deyib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru