Moskvada kriminal avtoritet həbs edildi

12-02-2019, 10:52           
Moskvada kriminal avtoritet həbs edildi
Moskva ətrafında kriminal avtoritet saxlanılıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva əyaləti üzrə mətbuat xidmətinin rəhbəri Tatyana Petrova məlumat yayıb. Onun sözlərinə görə, Karqino kəndinin “Racik Nijnevartovski” kimi tanınan 48 yaşlı sakini evinin yaxınlığında avtomobilində 4 qramdan çox heroinlə tutulub. Bundan başqa Racik Moskva regionu üzrə kriminal biznesdən maliyyə axınının paylaşdırılması üçün cinayətkar liderlər tərəfindən idarə olunan “oğru yığıncaqları” təşkil etməyi planlaşdırıb.

Kriminal avtoriteti 15 ilədək həbs gözləyir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru