Güclü qar səbəindən Çikaqoda 900-dən çox təyyarə reysi ləğv edilib

12-11-2019, 08:12           
Güclü qar səbəindən Çikaqoda 900-dən çox təyyarə reysi ləğv edilib
Bazar ertəsi Çikaqoya (İllinoys ştatı) yağan güclü qar səbəindən hava limanlarında 900-dən çox təyyarə reysi təxirə salınıb.

APA ABC telekanalına istinadən xəbər verir ki, enmə-uçuş zolağının buzlu olması nəticəsində “American Airlines” şirkətinə məxsus təyyarə O'Hara Beynəlxalq Hava Limanına qəzalı eniş edib, lakin heç kim xəsarət almayıb.

Bildirilir ki, hazırda Çikaqoda 12 sm-ə qədər qar yağıb. İllinoys ştatında havanın temperaturunun mənfi 20 dərəcə olduğu deyilir. ABŞ-ın Midvest və Şərq Sahilindəki əyalətləri əhatə edən Soyuq hava kütlələri çərşənbə axşamı gününə qədər Nyu York və Vaşinqtona çatması ehtimal edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.