“Whatsapp” sizi bu məlumatdan məhrum edir - Gözlənilməz dəyişiklik

10-12-2019, 13:04           
“Whatsapp” sizi bu məlumatdan məhrum edir - Gözlənilməz dəyişiklik
“Whatsapp” daha bir dəyişikliklə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, artıq “Whatsapp”la zəng edərkən qarşı tərəfin məşğul olduğunu və sizi gözlətdiyini bilməyəcəksiz.

Yeni funksiya sayəsində istifadəçiyə bu şəbəkə vasitəsilə telefon zəngi daxil olduqda o, üçüncü şəxsin zəng edib-etmədiyi barədə bildiriş vasitəsilə məlumatlandırılacaq. Həmçinin, bu zəngi qəbul etmək və ya rədd etmək seçimi də istifadəçiyə veriləcək.

Qeyd edək ki, indiyə kimi “Whatsapp”la zəng edərkən qarşı tərəf başqa şəxslə danışdığı halda, bu barədə zəng edən şəxsə məlumat verilir və gözləmək xahiş olunurdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.